Türkiyədə daha 1304 nəfər koronavirusa yoluxub

22:10 - 18 İyun 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusa 1 300-dən çox yoluxma qeydə alınıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb. Nazir bildirib ki, son gün ərzində daha 21 nəfər COVID-19-dan ölüb.
“Bu gün 1 304 yoluxma qeydə alındı, virusa ümumi yoluxma 184 031 nəfərdir. Bu gün biz 21 pasiyent itirdik, ölənlərin ümumi sayı 4 882 nəfərdir.

Bu gün 1 382 nəfər sağaldı, ümumi sağalma 156 022”, - deyə nazir özününü sosial şəbəkədəki hesabında yazıb. ///report

Xəbər xətti