Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

18:52 - 17 İyun 2020 - İDMAN

Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib.

Bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

“Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.///trend

Xəbər xətti