BBC: Koronavirusun dərmanı tapılıb

17:49 - 16 İyun 2020 - DÜNYA

Dünyanı cənginə alan koronavirusun dərmanı tapılıb.


Bu barədə məlumatı BBC yayıb.

Kifayət qədər ucuz olan “Dexamethasone” adlı dərmanın COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunduğu bildirilib.

Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.

BBC-yə danışan mütəxəssislər dərmanın koronavirusa qarşı mübarizədə ümidverici olduğunu bildiriblər.

Qeyd olunub ki, bu dərman 2 000 xəstə üzərində təcrübədən keçirilib. Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib. Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib. 

Xəbər xətti