KİV: Avrokuboklar avqustun 5-dən tez bərpa olunmayacaq

14:58 - 16 İyun 2020 - İDMAN

Koronavius pandemiyası səbəbindən təxirə salınan avrokuboklarda mövsümün qalan hissəsinin təqvimi məlum olub.


"Ucnoqta.az" "Marca"ya istinadən xəbər verir ki, həm Çempionlar Liqası (ÇL), həm də Avropa Liqası (AL) avqustun 5-dən tez bərpa olunmayacaq.

ÇL-in 1/8 final mərhələsi çərçivəsindəki cavab oyunlarında İspaniya "Barselona"sı "Napoli"ni (İtaliya) "Nou Kamp"da, İngiltərənin "Mançester Siti" komandası isə "Real Madrid"i (İspaniya) doğma "Etihad" stadionunda qəbul edəcək.

Qitənin 1 nömrəli klub turnirində 1/4 final mərhələsindən etibarən qarşılaşmalar Lissabonda keçiriləcək və 1 oyundan ibarət olacaq. Bu mərhələnin oyunları 2 gün ərzində başa çatdırılacaq. Yarımfinal görüşləri avqustun 19-da, final isə 23-də olacaq.

Avropa Liqası avqustun 6-da bərpa olunacaq. 1/8 final mərhələsinin cavab oyunları 9-10 avqust tarixlərində oynanılacaq. Turnirin 1/4 final mərhələsi isə avqustun 15-də Almaniyada start götürəcək və "8-lər finalı" formatında keçiriləcək.

Qeyd edək ki, avrokubokların dəqiq tarixi, yeri və formatı ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin iyulun 17 və 18-də keçiriləcək iclasında qəbul olunacaq.

Xəbər xətti