Ana səhifə
22 Sentyabr 2018

Türkiyənin "erməni soyqrımı"na qarşı strategiyası

Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyası 2015-ci ildə Türkiyəyə qarşı “erməni soyqırımı” iddialarının güclənəcəyini nəzərə alaraq buna qarşı mübarizə planını müəyyənləşdirəcək.

 

"Ucnoqta.az" bildirir ki, komissiyanın üzvü, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Oktay Ekşi APA-ya açıqlamasında deyib ki, komissiyanın keçmiş sədri Volkan Bozkır Avropa Birliyi naziri təyin edildikdən sonra Xarici işlər komissiyasına hələ ki yeni sədr seçilməyib: “Bu günlərdə komissiyamızın sədri seçildikdən sonra atacağımız addımları müəyyənləşdirəcəyik. Xarici işlər komissiyasının bu istiqamətdə atacağı addımlarla birlikdə, CHP-nin parlament  qrupu da öz təkliflərini hazırlayıb Məclis başqanlığına  təqdim edəcək. “Erməni soyqırımı” iddialarıyla bağlı Türkiyəyə qarşı kampaniyaların artacağı ehtimal edilir, ona görə biz də qısa müddətdə tədbirlər planımızı hazırlamalıyıq”.

TBMM Xarici işlər komissiyasının üzvü, 57-ci hökumətin dövlət naziri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Antalya millət vəkili Tunca Toskay da bu həftə komissiyaya sədr seçilməsini gözlədiklərini və daha sonra lazımi addımları atacaqlarını vurğulayıb: “Xarici İşlər nazirliyimiz “erməni soyqırımı” iddialarına qarşı tədbirlər planı hazırlandığına dair bizə məlumat verib, ancaq Məclisimiz yay aylarında başqa məsələlərlə məşğul oldu, ondan sonra tətilə çıxdı, ona görə bu işi, hələ ki komissiyanın gündəminə gətirə bilməmişik. Yeni sədr seçilən kimi, bu məsələnin ciddi şəkildə gündəmə gələcəyinə inanıram”.

 

Tarix
13 Oktyabr 2014 [18:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin