İranda koronavirusdan ölənlərin sayı artdı

15:12 - 15 İyun 2020 - DÜNYA

İranda koronavirusa yoluxanların sayı yenə artıb. “Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Açıqlamada ölkədə daha 2 449 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da İranda yoluxma faktlarının sayı 189 876-ya çatıb. Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 113 nəfər artaraq 8 950 nəfərə yüksəlib. 2 765 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulanıb. Bundan başqa, indiyədək 150 590 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Qeyd edək ki, İranda iyunun 14-də 107, iyunun 13-də 71 nəfərin öldüyü açıqlanmışdı.

Xəbər xətti