ABŞ-da aksiyaçılara atəş açılıb- 2 nəfər ölüb, 5 nəfər yaralanıb

08:53 - 15 İyun 2020 - DÜNYA

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. APA-nın “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb. Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər xətti