Ana səhifə
22 May 2018

Hacı İsmayılovun 71 yaşı tamam olur

Bu gün xalq artisti Hacı İsmayılovun 71 yaşı tamam oldu.

 

 

Xalq artsiti 1944-cü il yanvarın 22-də Bakıda doğulub. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına Hacı İsmayılov aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabrın 2-də gənc truppaya daxil olub. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında  məharətlə dərviş Məstəlişah rolunu ifa edib.  Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.1970-ci il fevralın 16-dan bu günə qədər Akademik Milli Dram Teatrında çalışır. Teatr və kino sənətində öz sözünü demiş sənətkar ilk dəfə “Ad günü” filminə çəkilib və bu rolla böyük uğur qazanıb.

 

Qeyd edək ki, Hacı İsmayılov əməkdar artsit, xalq artsiti adları ilə təltif edilib. Prezident təqaüdçüsüdür. Hazırda teatrda işləməklə yanaşı Teatr Xadimləri İttifaqının sədr müavinidir.

Tarix
22 Yanvar 2015 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin