Vyetnamda qəza törədən yük avtomobili bazara girib, 5 nəfər ölüb

11:46 - 13 İyun 2020 - DÜNYA

Vyetnamın cənubunda yerləşən Daknonq əyalətində yük avtomobilinin bazar girməsi nəticəsində 5 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.


Ucnoqta.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iyunun 13-də səhər saatlarında əyalətin Dakmil rayonunda olub.

Bildirilib ki, iki yük avtomobili ilə toqquşaraq bazarın qarşısında dayanan bir neçə motosikletə dəyib. Zərbənin təsirindən avtomobillər bazarın içərisindəki mağazalara çırpılıb. Nəticədə bazarın içərisində olan 3 nəfər hadisə yerində ölüb. Daha 7 yaralı isə xəstəxanaya aparılıb. Onlardan ikisi ölüb, 5-nin vəziyyət ağır qiymətləndirilir. Ölənlərin hamısı 43-60 yaşlı qadın satıcılar olub.

İlkin məlumata əsasən, avtomobili təkəri boşaldığından sürücü idarəetməni itirib. 

Sürücü tutulub, ondan alkoqol və narkotika ilə bağlı test götürülüb.

Xəbər xətti