Tramp FED-i tənqid edib

23:10 - 11 İyun 2020 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ölkənin Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) iqtisadi proqnozlarını yenidən tənqid edib.

Bu barədə ABŞ prezidenti “Twitter”dəki səhifəsində bildirib.
“FED tez-tez səhv edir. ABŞ-ın iqtisadi artım sürəti üçüncü rübdə gözləntiləri üstələyəcək.”, - Tramp qeyd edib.

Ağ Ev lideri qeyd edib ki, ABŞ-da tezliklə yeni növ koronavirus infeksiyasından müalicə üçün peyvənd hazır olacaq.
Bundan əvvəl, ABŞ prezidenti Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcəsini rəqib ölkələrin səviyyəsinədək endirməyə çağırıb.///report

Xəbər xətti