Ermənistanda son sutkada 566 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb

11:10 - 11 İyun 2020 - DÜNYA

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 566 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 14669, xəstəlikdən ölənlərin sayı isə 245 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 5466 nəfərdir.///Apa

Xəbər xətti