Türkiyədə koronavirusa yoluxanların sayı 173 mini ötüb

21:33 - 10 İyun 2020 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 79 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib. Nazir qeyd edib ki, son 24 saatda 36521 şübhəli koronavirus testindən keçib, onlardan 922-nin cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 4746 nəfər ölüb, 173036 nəfər bu infeksiyaya yoluxub, 146839 nəfəri isə müalicə olunub. Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün 2241 xəstə sağalaraq evə buraxılıb.

Xəbər xətti