Daha bir ölkə sərhədlərini açır

20:28 - 10 İyun 2020 - DÜNYA

Polşa iyunun 13-də Avropa İttifaqı ölkələri ilə sərhədlərini açacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski açıqlama verib.
“Biz sərhədlərlə bağlı qərar qəbul etdik. (İyunun -red.) 13-dən etibarən Avropa İttifaqı ölkələri üçün sərhədləri açmaq qərarına gəldik”,  - Moravetski deyib.

O qeyd edib ki, sərhədlər digər ölkələrlə koronavirus pandemiyası ilə əlaqədar hələ bağlı qalacaq.
Həmçinin, iyunun 16-da Polşa müntəzəm beynəlxalq aviadaşımaları bərpa edəcək.

Xəbər xətti