Ana səhifə
22 Sentyabr 2018

Urmiya gölü böyük duz çölünə çevrildi - FOTOLAR

Urmiya gölünün 94 faizi quruyub. Ucnoqta.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, su azalmağa başlayandan sonra Urmiya gölü böyük duz çölünə çevrilib. Göldə baş verən duz fırtınaları ətrafda yaşayan sakinlərin həyatı üçün də təhlükə törədir.

 

 

Urmiyadan Təbrizə getmək üçün istifadə olunan bərələr də artıq çürüməyə başlayıb. Gölün əsasən, 3 səbəbdən quruduğu deyilir. Birinci səbəb kimi iqlim dəyişikliyindən sonra yaşanan quraqlıq göstərilir. Yağış və qar sularının azalması nəticəsində gölün su səviyyəsi keçən il azalıb. İkinci səbəb 43-ə yaxın bəndin gölə axıdılan çayların üzərində inşa edilməsidir. Bəndlərdəki suyun səviyyəsinin aşağı olmasına görə, gölə su axıdılmır.

 

Rəsmi Tehranın Urmiya-Təbriz istiqamətindəki körpünü gölün üzərində tikməsi də gölün qurumasına səbəb olub. Körpü tikiləndən sonra göl iki hissəyə bölünüb. Körpünün inşası üçün göl doldurulub. Doldurulma səbəbindən də göldəki qaynaqlar quruyub.

 

Mütəxəssislər Urmiyada yaşanan təbii fəlakətin qarşısının alınmayacağı təqdirdə, fəlakətin ətraf ərazilərə sıçraya biləcəyini deyir. 15 milyon insana birbaşa təsir göstərəcək fəlakətin baş verməsinə isə çox az qalıb.

 

Ətrafdakı sakinlərin böyük əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur. Suyun azalması və göldə duzun quruyub külək halında ətrafa dağılması ilə əkin sahələrinə ziyan dəyib. Gölün ətrafındakı kəndlərin 50 faizi artıq boşalıb.

 

Urmiya gölü, İranın şimal-şərqində, Qərbi Azərbaycan əyaləti ilə Şərqi Azərbaycan əyaləti arasında yerləşir. Gölün adı Azərbaycan türkləri və kürdlərin yaşadıqları Urmiya şəhərinin adından götürülüb.

 

Urmiya gölünün suyu 1995-ci ildən etibarən azalır.

 

İran hökuməti isə Urmiya gölünü xilas etmək üçün layihə hazırlayır. Hökumət, Aras çayının suyunu gölə axıtmaq üçün büdcədən 90 milyon dollarlıq vəsaitin ayırıb.

 

Həsən Ruhani prezident seçilərkən Urmiya gölündəki problemin 100 gün ərzində həll olunacağına söz vermişdi. Yerli əhali isə, prezidentin çıxışından uzun müddət keçməsinə baxmayaraq, hökumətin ciddi addımlar atmadığını bildirir.

Tarix
13 Oktyabr 2014 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin