Türkiyədə bu gün koronavirusdan daha 18 nəfər ölüb

22:57 - 9 İyun 2020 - DÜNYA

Türkiyədə bu gün koronavirusdan daha 18 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 729 nəfərə çatıb. O, qeyd edib ki, son sutkada koronavirusa 993 nəfər yoluxub. Beləliklə, Türkiyədə COVID-19-a yoluxanların sayı 172 114 nəfərə yüksəlib. Bu gün ölkədə koronavirusla bağlı 37 225 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 2 415 179-a çatıb.

Xəbər xətti