Neymar “Barselona”ya qayıda bilər

11:28 - 8 İyun 2020 - İDMAN

PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.

Bu barədə “Mundo” nəşri yazıb.
Braziliyalı hələ bir il əvvəl buna yaxın olsa da, klublar transfer məbləğində razılığa gələ bilməyib. Nəşrin iddiasına görə, artıq “parislilər” ulduz futbolçunun keçidi üçün qiyməti endirməyə hazırdır.

Xatırladaq ki, Neymarın PSJ klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.///oxu.az

Xəbər xətti