Sumqayıtda karantin rejimini pozan 155 nəfər cərimələnib, 3 nəfər həbs olunub

18:47 - 6 İyun 2020 - Xəbər

Sumqayıt şəhərində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən ümumilikdə 155 nəfər cərimələnib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfər isə inzibati qaydada 15 sutkalıq həbs olunub.

Xəbər xətti