Ay tutulması başlayıb

22:19 - 5 İyun 2020 - Xəbər

2020-ci ilin ikinci Ay tutulması başlayıb. Oxu.Az-ın məlumatına görə, ikinci Ay tutulması iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayır və saat 01:04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:26-da olacaq. Bu hadisə Azərbaycan ərazisindən də müşahidə olunur. Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş vermişdi.

Xəbər xətti