Millət vəkili yol qəzasında ağır yaralanan məktəbliyə baş çəkdi

11:47 - 5 İyun 2020 - Xəbər

Biləsuvar rayonu 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Muradov Yusifi avtomobil vurub. Ağır xəsarət alan məktəbli Bakı şəhərində xəstəxanaya yerləşdirilib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov bildirib: "Yarım saat əvvəl xəstəxanaya getdim, Yusifin atası ilə görüşdük. Atasının dediyinə görə, uşaq komada olsa da, vəziyyətində cüzi də olsa, irəliləyiş müşahidə olunmaqdadır. Yusifə mümkün köməklik üçün aidiyyatı strukturlara müraciət edəcəyəm”- millət vəkili Bəhruz Məhərrəmov deyib.

Xəbər xətti