Messi La Liqanın bərpasından sonra ilk oyunu buraxa bilər

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi La Liqanın XXVIII turunda qarşılaşacaqları "Malyorka" ilə matçda iştirak etməyə bilər. 

"Report" "La Sexta"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bud əzələsində narahatlıq hiss edir. Daha əvvəl argentinalı oyunçunun idman zalında fərdi məşq etdiyi və yaxın günlərdə ümumi məşqlərə başlaya biləcəyi deyilirdi.

Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. "Barselona" "Malyorka" ilə iyunun 13-də qarşılaşacaq.

Tarix
4 İyun 2020 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-04 16:07:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin