Ana səhifə
15 Noyabr 2018

Özil "Bavariya"ya keçir

Ucnoqta.az xəbər verir ki, "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil qışda komandasını dəyişə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, türk əsilli futbolçunun yanvar ayında "Bavariya"ya transfer olunacağı iddia olunur.

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola təcrübəli futbolçunu komandasında görmək istəyir. Almaniya millisinin üzvünün Londonda xoşbəxt olmadığı və "Arsenal"dan ayrılmaq istədiyi bildirilir. "Topçular"ın baş məşqçisi Arsen Vengerin qışda Madrid "Real"ından Sami Xediranı transfer etmək istəməsi də Özili narazı salıb. Tərəflər maliyyə məsələsində razılığa gələrsə, 25 yaşlı futbolçu yanvar ayından Bundesliqada oynayacaq. 

Qeyd edək ki, 42,5 milyon funt-sterlinqə "Real"dan transfer olunan Özil ötən həftə dizindən zədələndiyi üçün 3 ay yaşıl meydanlardan kənarda qalacaq. 

Tarix
13 Oktyabr 2014 [17:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin