Dəfələrlə əhaliyə müraciət etmişik ki, ...- Ramin Bayramlı

19:39 - 3 İyun 2020 - Xəbər

Hazırda biz pandemiyanın ikinci - sərt karantin rejimindən çıxış və yumşaldılmaya doğru gediş mərhələsindəyik.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ötən müddətdə tibb müəssisələrini ən müasir avadanlıqlarla təchiz etmək mümkün olub, ölkədə müasir müayinə metodları tətbiq edilir: “Demək olar ki, bütün sahələr üzrə medodiki tövsiyələr hazırlanıb. Bundan başqa, müxtəlif maarifləndirici məlumatlar hazırlanıb və insanlar buna əməl etməyə çağırılıb. Biz dəfələrlə əhaliyə müraciət etmişik ki, karantin rejimindən mərhələli şəkildə çıxmalıyıq. Amma vətəndaşlar bu məsuliyyətlərini kənarda qoyublar. Bir çox insanlar qaydaları pozmağa meyillidir. Artıq yoluxma sayında ciddi artım müşahidə edilir”.

R.Bayramlı qeyd edib ki, qayda pozuntusu bəzən kütləvi xarakteli olur.///trend

Xəbər xətti