Gəncədə oğul 85 yaşlı anasını döyüb

17:00 - 3 İyun 2020 - HADİSƏ

Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 

Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.
Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti