Bilgəhdə dənizdə batan "Jeep" çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı qumluq ərazidə 1 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Jeep” markalı minik avtomobili dalğanın təsiri nəticəsində təxminən 30 metrə qədər dənizin içərisinə doğru hərəkət edib.

Həyata keçirilən tədbirlər nəticəsində içərisində 1 nəfərin olduğu avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

Tarix
3 İyun 2020 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-03 13:40:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin