Oğurladığı maşınla polisdən qaçırdı, qəza törətdi - Foto

12:05 - 3 İyun 2020 - HADİSƏ

Bu gün günorta saatlarında Amay ticarət mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı avtomobil əks hərəkət istiqamətindəki zolağa daxil olduğundan qarşıdan gələn “VAZ 2107” markalı avtomobillə toqquşub. Sürücü hadisə yerindən qaçıb.

Avtomobildən iki əlavə nömrə götürülüb. İlkin ehtimal olaraq maşının oğurluq olduğu, sürücünün polis təqibindən qaçdığı üçün qarşı zolağa girdiyi bildirilir. Həmçinin, sürücü təqibdən qaçarkən polis maşınına da zərər vurub.

Hadisə yerinə hüquq- mühafizə orqanı əməkdaşları gəlib. Araşdırma aparılır. 


Xəbər xətti