Ana səhifə
21 Sentyabr 2018

Doqquz ayda 10 500 vətəndaşın şikayəti dinlənilib

Qəbullar zamanı 44 rayon üzrə 617 nəfər fərdi qaydada qəbul edilib

 

 

Bu ilin doqquz ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən ümumilikdə 10 500-dən çox vətəndaş fərdi qaydada qəbul edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki"nə uyğun olaraq 9 rayon və şəhərdə qəbul keçirilib. Lənkəran, Sumqayıt, Şirvan, Ağdam, Salyan, Şəki, Quba, Gədəbəy, Gəncə şəhərlərində vətəndaşlar qəbul edilib. Qəbullar zamanı 44 rayon üzrə 617 nəfər (ötən ilin müvafiq dövrünə nisbətən 43 faiz çox) fərdi qaydada qəbul edilib. 

Ümumiyyətlə, hesabat dövründə ƏƏSMN-nin rəhbərliyi və məsul şəxsləri tərəfindən qəbul edilən vətəndaşların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox, yəni 10 555 nəfər olub. Onlardan 948 nəfəri nazirliyin rəhbərliyi, o cümlədən 777 nəfəri nazir, 123 nəfəri nazir müavinləri, 48 nəfəri isə Aparatın rəhbəri tərəfindən qəbul edilib. Digər vətəndaşlar isə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxsləri  tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq sosial təminat növləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib, həmçinin sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilib.

 

 

Xalid

Tarix
13 Oktyabr 2014 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin