Bakıda mağaza mühafizəçisini qətlə yetirib 40 min apardılar- TƏFƏRRÜATI

İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib. Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf açarla açılıb.

İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.
Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən “İl” marketdə ticarət mərkəzində mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən naməlum şəxslərin mağazanın seyfindən 40 498 manat oğurladıqları məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.

Tarix
2 İyun 2020 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 12:45:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin