“Onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik”- Millət vəkili

“Bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir, qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. O bildirib ki, hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb:
“Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.///Apa

Tarix
2 İyun 2020 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 11:24:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin