Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət sxemi dəyişdirildi - FOTO

14:45 - 1 İyun 2020 - Xəbər

Bu yolda hərəkət sxemi dəyişdirilib.

Paytaxtın Neftçilər prospektində (Əl Oyunları Sarayının qarşısında) yola svetofor qoyularaq hərəkət sxemində bəzi dəyişikliklər olunub. Belə ki, Azneft dairəsindən üzü Bayıl qəsəbəsi istiqamətinə gedən nəqliyyat vasitələrinin sürücüləri yol nişanlanma xəttinin tələbi ilə sağ zolağa yerdəyişmə edərək düzünə hərəkət üçün yalnız sağdakı iki zolaqla hərəkət etməli olacaqlar. Sol zolaqla isə yalnız sola "Əl Oyunları Sarayı" istiqamətinə dönə biləcəklər. Svetofor obyektində isə əlavə bölmələr quraşdırılıb. Həmçinin piyadaların hərəkəti üçün piyada zolağı da çəkilib.

Sol zolağın daralma yerində sağ zolaqda parklanmaya icazə verilən 5.15 nişanı çıxarılaraq, onun yerinə dayanma durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.

Xəbər xətti