Ana səhifə
21 Sentyabr 2018

Fərdi evlərin tikintisinə nəzarəti gücləndirmək lazımdır - Sığortaçılar

Bakının bəzi hissələrində girov predmeti olan və sığortalanan daşınmaz əmlakın, xüsusən fərdi evlərin tikinti normalarına uyğun inşa edilməməsi, sürüşmə zonalarında və yaxud qrunt sularının yer səthinə yaxın olduğu ərazilərdə yerləşməsi sığorta risklərinin artmasına gətirib çıxarır.
Ucnoqta.az bildirir ki, Sığortaçılar Assosiasiyasından AzərTAc-a deyiblər ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin könüllü sığortalar üzrə komitəsinin üzvü olan 14 sığorta şirkətinin təmsilçiləri artan sığorta risklərinin səbəblərini və bu vəziyyətdən çıxış yollarını araşdırıblar. Komitənin iclasında qeyd olunub ki, fərdi evlər əksər hallarda vətəndaşların özləri tərəfindən inşa edilir və bu zaman tikinti normalarına əməl olunmaması gələcəkdə istər-istəməz problemlər yaradır. Artıq sığortalanmış 5 fərdi evdə keyfiyyətlə bağlı problemlər yaşanıb və bu cür evlərin sayının artacağı istisna edilmir. Bu vəziyyət isə təkcə sığortaçılar üçün deyil, həm də vətəndaşlar üçün çətinliklər yaradır, onların mənzil probleminin həll etmək üçün çəkdikləri əziyyətin hədər getməsinə səbəb olur.
Bəs yaranmış vəziyyətdən necə çıxmaq olar? Ölkənin aparıcı sığorta şirkətlərinin təmsilçiləri iclasda bununla bağlı fikir və təkliflərini səsləndiriblər. Yekdil rəy ondan ibarət olub ki, paytaxtda fərdi ev tikintisinə nəzarət gücləndirilməlidir.
Bundan başqa, komitənin iclasında könüllü sığorta növləri ilə bağlı mövcud vəziyyət və problemlər, sığorta bazarının inkişaf etdirilməsi yolları, görüləcək işlər də müzakirə olunub.

Tarix
13 Oktyabr 2014 [17:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin