Messi: “Futbol heç vaxt əvvəlki kimi olmayacaq”

20:52 - 31 May 2020 - İDMAN

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edib.

Ulduz futbolçunun fikirlərini “El Pais” nəşri dərc edib. “Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. İnsanlar qohumlarını, dostlarını itirirlər və onlarla vidalaşmaqdan belə məhrumdurlar. Sevdiklərimizi itirməkdən daha pis heç nə yoxdur. Hesab edirəm ki, bu, ədalətli deyil. Bundan sonra futbol, həyatımız heç vaxt əvvəlki kimi olmayacaq”, - deyə L.Messi söyləyib.

Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən dayandırılan İspaniya çempionatı (La Liqa) iyunun 21-də start götürəcək.///oxu.az

Xəbər xətti