Əli Hüseynli: "Prezident İlham Əliyev tarixçilərə dərs keçdi"

“Prezident İlham Əliyev ötən gün AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı”.

Bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçdi: “Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı.

Ulu öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. Bu gün Azərbaycan tarixdə heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı heç tarixçilər də bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif ediməsinə heç bir ehtiyac yoxdur”.///report

Tarix
31 May 2020 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-31 11:49:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin