Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

11:06 - 31 May 2020 - HADİSƏ

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

Hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib. 1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib. Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.///trend

Xəbər xətti