Qaradağ sakinləri də 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri aparılır.

Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcək.
Ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub.

Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət “bir pəncərə”dən təqdim edilir

Tarix
30 May 2020 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-30 10:54:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin