İmişlidə boğazına yelləncək kəndiri ilişən 14 yaşlı oğlan ölüb

22:53 - 29 May 2020 - HADİSƏ

İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi baş verib. 

Yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub. R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.///Apa

Xəbər xətti