Ana səhifə
16 Noyabr 2018

Rusiyadan İŞİD-i məğlub etmə planı

Rusiyanın Xarici İşlər Naziri Mixail Boqdanov artıq aylardır ki, dünyanın mübarizə apardığı İŞİD adlı bəlanı devirmək haqqında açıqlamalar verib. Nazir müavini ABŞ rəhbərliyindəki koalissiyanın İŞİD-ə qalib gəlməsinin açarı Suriya lideri Bəşər Əsəd ilə əməkdaşlıqda olduğunu qeyd edib. “Bir ölkədə ki, dövlət terrorla mübarizəni istəyərkən, ABŞ və müttəfiqləri bu rejim ilə əməkdaşlıq etmirsə o zaman hansısa bir uğura necə nail olmaq olar?”  söyləyən Boqdanov ABŞ hökumətinin atdığı addımları tənqid edib. İraqda olduğu kimi Suriyada da dövlət suverenliyinə hörmətlə yanaşılmasının vacibliyini qeyd edən Boqdanov problemin həllini də məhz bu addımda gördüklərini söyləyib. Nazir müavini eyni zamanda ABŞ və qərb dövlətlərini  terrorla mübarizə adı altında Əsəd rejiminə qarşı hər hansı planların həyata keçirilməsi ilə bağlı xəbərdarlıq da ünvanlayıb. O Türkiyə ilə Suriya sərhəddində tampon zonanın yaradılmasının isə BMT-nin Təhlükəsizlik şurasının verəcəyi qərardan asılı olduğunu söyləyib. Qeyd edək ki, Boqdanov həm də Kremlin Orta şərq nümayəndəliyinə rəhbərlik edir.

 

 

Samir Mehralıyev

Tarix
13 Oktyabr 2014 [17:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin