Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

22:03 - 29 May 2020 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan1141-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.
Bu gün 1594  xəstə evə buraxılıb. ///apa

Xəbər xətti