190 manat birdəfəlik ödəniş iyun ayında da veriləcək?- Açıqlama

19:15 - 29 May 2020 - Xəbər

190 manat birdəfəlik ödənişin iyun ayında da verilməsi Operativ qərargahda müzakirə oluna bilər

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Aprel və may aylarında 190 manat birdəfəlik ödəmə verilib. Karantin rejimi daha iyun ayının 15-dək uzadıldığı üçün bu məsələ Operativ Qərargahda müzakirə oluna bilər"- deyə İbrahim Məmmədov qeyd edib.

Xəbər xətti