Koronavirusa yoluxma sayında artımın səbəbi AÇIQLANDI- RƏSMİ

18:47 - 29 May 2020 - Xəbər

"Yumşalma tədbirlərindən sonra isə koronavirusa yoluxma sayında artım qeydə alındı. Bu da təbiidir".

Ucnoqta.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədrinin sözlərinə görə, koronavirusa yoluxmanın artmasına səbəb insanların metodiki göstərişlərə əməl etməməsidir: "Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Ancaq məhdudiyyətlər götürüləndən sonra vətəndaşlarımızın qaydalara riayət etməməsi ilə yoluxma artır”.

Xəbər xətti