Hacıqabulda əməliyyat: “Yura” ləqəbli narkotacir tutulub

10:34 - 29 May 2020 - HADİSƏ

Hacıqabulda “Yura” ləqəbli narkotacir saxlanılıb.

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Rəncbər kənd sakini, 1989-cu il təvəllüdlü Şiraliyev Şahin Şiralı oğlunun üzərinə baxış zamanı ondan 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin 234.2, 93.1.4 və 226-cı maddələri ilə  məhkum olunan, kriminal aləmdə “Yura” ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb. Sonuncu saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti