Daha 175 Azərbaycan vətəndaşı Rusiyadan gətirildi

19:35 - 27 May 2020 - Xəbər

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.


Xəbər xətti