Məhərrəm ayının başlayacağı tarix açıqlandı

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri Lent.az-a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.
Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.

Tarix
27 May 2020 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-27 14:09:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin