Ucarda 2 uşaq atası özünü asıb

12:23 - 27 May 2020 - HADİSƏ

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb. Məlumata görə, 2 uşaq atası olan S. Əliyev içki aludəçisi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.///Apa

Xəbər xətti