Ana səhifə
20 Sentyabr 2018

3 yeni seçki komissiyası yaradıldı - Azərbaycanda

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-nın 29 may 2014-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Ucnoqta.azın Trend-ə istinadla məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkili barədə qərar da qəbul edilib.

Daha sonra isə seçki dairələrinin sxemi, qrafik təsviri və hüquqlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunlaşdırılması, MSK-nın bəzi normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilməsi müzakirə edilib.

Müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin 3 yeni seçki komissiyasının yaradılması barədə qərar qəbul edilib.

 

Tarix
13 Oktyabr 2014 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin