Kəşfiyyatçılar arasında yarışlar keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu”  adı uğrunda yarışlar keçirilib.

Ucnoqta.az Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.
Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Tarix
25 May 2020 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-25 18:01:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin