Tovuzda avtomobil aşıb, xəsarət alan var- Foto

17:50 - 25 May 2020 - HADİSƏ

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Rayon sakini, Mirhüseyn Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Aşağı Quşçu kənd ərazisində hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobilə isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti