İspaniyada futbol çempionatı bərpa edilir

19:49 - 23 May 2020 - İDMAN

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bərpa ediləcək.


Bu barədə ölkənin baş naziri Pedro Sançes bildirib.

"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik vəzifələrə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 İyunda bərpa ediləcək milli futbol çempionatı da var", - nazir deyib.


Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu İspaniyanin futbol çempionatındakı fasilədən əvvəl 27 tur oynanılıb. Turnir cədvəlində lider 58 xalla "Barselona"dır.

Xəbər xətti