İranda son sutkada koronavirusdan 59 nəfər vəfat edib

13:56 - 23 May 2020 - Xəbər

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 59 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7359 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 1869 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 133521 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 104072 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2633 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.///Apa

Xəbər xətti