Oğuzda meşədə itkin düşmüş oğlanın parçalanmış meyiti tapıldı (Yenilənib)

10:36 - 22 May 2020 - HADİSƏ

Rayonun Xaçmaz kəndinin bələdiyyə sədri Vidadi Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 12 yaşlı Cəbrayıl Məmmdəli dünən itkin düşüb: “Uşaq velosiped sürə-sürə kəndin aşağısına gedib. Kəndin həmin tərəfi meşədir, ayı meşədən çıxaraq uşağı velosipedin üzərindən sürdüyü yerdə götürüb. Ayı uşağı meşəyə aparıb orada parçalayaraq yeyib. Demək olar ki, tam yeyib, sümükləri qalıb. Velospiedi də meyitin tapıldığı yerdən bir az aralıda tapılıb”.

10:06

Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.///report

Xəbər xətti