Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Bakıda polis quldurluq edən dəstə üzvlərini tutdu

Bakıda quldurluq hadisəsi baş verib.

Hadisə mayın 20-si saat 23 radələrində paytaxtın Nizami rayonu, Babək prospektində qeydə alınıb. Belə ki, naməlum şəxslər Bakı şəhər sakini R.İskəndərovun 650 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Bu zaman ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyü əməkdaşlarının çevikliyi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1991-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-c il təvəllüdlü Rahil Həsənov müəyyən olanaraq saxlanılıblar.

Davam etdirilən tədbirlərlə R.Mirzəyevin idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, balta, 16 çaplı qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
22 May 2020 [09:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-22 09:58:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin